Türk qoşunları İraqa girdi, ölənlər var

Terrorçulara məxsus silah-sursat, sığınacaq və mağaralar məhv edilib
Sputnik

BAKI, 30 iyul — Sputnik. Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalında əməliyyat keçirib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Türklər PKK-nın yeddi rəhbərindən birini zərərsizləşdirdilər

Nazirlik qeyd edib ki, "Pəncə Hərəkatı" ilə koordinasiyalı şəkildə aparılan əməliyyat İraqın şimalında Metina və Avaşin bölgələrində keçirilib.

Aviazərbələr nəticəsində 5 terrorçu və PKK-nın istifadə etdiyi silah-sursat, sığınacaq və mağaralar məhv edilib.

Xatırladaq ki, ötən həftə Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalında əməliyyat keçirib. Türkiyəyə məxsus hərbi təyyarələr İraqın şimalına – Zap və Qara bölgələrinə aviazərbələr endirib. Aviazərbələr nəticəsində 4 terrorçu zərərsizləşdirilib.