CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qanunsuz miqrasiyaya qarşı böyük reyd: Tutulanlar var

159 nəfərin ölkə ərazisində qanunsuz yaşadığı müəyyənləşdirilib
Sputnik

BAKI, 30 iyul — Sputnik. Ötən həftə ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 184 əcnəbi saxlanılıb.

Reyd keçirildi: Məşhur istirahət mərkəzlərinin bağlanması məsələsi qaldırıldı

Sputnik Azərbaycan-ın məlumatına görə, onlardan biri Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə keçirilən tədbirlər zamanı aşkarlanıb. Saxlanılanlardan 7 nəfərin gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, 15 nəfərin qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi, 3-nün qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 159 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadığı müəyyənləşdirilib.

Miqrasiya qanunvericiliyini pozan 166 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür. Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.