İQTİSADİYYAT

Professor sığorta bazarındakı vəziyyətdən danışdı: dövlət ciddi tədbirlər görməlidir

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, sığorta şirkətləri öz iqtisadi imkanlarını artırır, ancaq istehlakçıların tələblərinin ödənilməsindəki rolu cüzi olur
Sputnik

“Sığorta sektorunun inkişaf etdirilməsi ilə bağlı sığorta sektorunda yeni mexanizmlər də tətbiq olunacaq”. Bunu “Report”a müsahibəsində Maliyyə Bazalarına Nəzarət Palatasının (Palata) Sığorta Fəaliyyətinə nəzarət departamentinin Qeyri-həyat sığorta infrastrukturuna nəzarət idarəsinin rəisi Firdovsi Ağaşirinov deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, son illər sığorta bazarında problemlərin həlli üçün müəyyən işlər görülüb: “Maliyyə Bazarlarına Nəzarət Palatası bu istiqamətdə bir sıra addımlar atdı. Bununla belə, düşünürəm ki, ölkəmizdə sığorta sahəsində ciddi problemlər qalmaqdadır. Çünki sığorta şirkətləri dövlətlə sığorta xidməti istehlakçıları arasında əlavə quruma çevrilib. Biz görürük ki, sığorta şirkətləri öz iqtisadi imkanlarını artırır, ancaq istehlakçıların tələblərinin ödənilməsindəki rolu cüzi olur. Bunun üçün də dövlət çox ciddi tədbirlər görməlidir. Sığorta bazarındakı şirkətlərin fəaliyyətləri istehlakçıların tələblərinin ödənilməsinə istiqamətlənməlidir”.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz.