MƏDƏNİYYƏT

Nadir Qafarzadədən qalmaqallı "Axtarma məni"

Xalq artistinin repertuarında olan mahnı yeni versiyada dinləyicilərə təqdim olunacaq
Sputnik

BAKI, 30 iyul — Sputnik. Azərbaycanın tanınmış müğənnisi Nadir Qafarzadə yeni mahnı üzərində işləyir. Sputnik Azərbaycan xəbər verir ki, müğənni bu dəfə Azərbaycanın tanınmış müğənnisi Niyaməddin Musayevə üz tutub.

Xalq artistinin repertuarında olan "Axtarma məni" mahnısı yeni versiyada dinləyicilərə təqdim olunacaq. Nadir Qafarzadə yeni aranjemanda olacaq mahnı üzərində, Elvin Mehmanlı və Nurlan Hatəmoğlu ilə birlikdə işləyib.

Qeyd edək ki, sözügedən mahnının qalmaqallı tarixçəsi var. Müəllif Hüquqları Agentliyində Bahadur Hüseynovun adı ilə qeydiyyatda olan mahnı iddiaya görə, Niyaməddin Musayevə məxsusdur. Eyni zamanda bu mahnının əfqan xalq mahnısı "Molla Mammadcan" olması fikri də səsləndirilir.