Bu gün “Sputnik Azərbaycan” Beynəlxalq Multimedia Mətbuat Mərkəzində ölkəmizin daşınmaz əmlakla bağlı problemləri ilə bağlı tədbir keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Rieltorlar İttifaqının sədri Elnur Azadov çoxmənzilli yaşayış binalarının idarəetmə problemlərindən danışıb.
O bildirib ki, köhnə binaların istismar xərcləri yüksək olduğu üçün orada yaşayan sakinlər idarəetmədə maraqlı deyillər: “Meyarlar dəqiqliklə müəyyən olunmalıdır ki, hansı sahələrə mənzil kommunal təsərrüfat birlikləri qulluq edir. Maarifləndirmə işləri zəif aparıldığı üçün sakinlərin çoxu qanunlar və hüquqları haqqında məlumatlı deyillər. Ona görə də, yeni tikilmiş binalarda komendant özbaşınalıqları baş alıb gedir”.
Elnur Azadovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz