CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çoxmənzilli binaları hansı qurum idarə etməlidir?

Ekspertin sözlərinə görə, dövlətin bu sahəyə müaxiləsi yaxşı heç nə vəd etmir
Sputnik

BAKI, 30 iyul — Sputnik. Son illərdə dövlət tərəfindən tikinti və daşınmaz əmlakın idarə olunması sahəsində xeyli islahat həyata keçirilib, müvafiq sərəncamlar verilib və normativ aktlar qəbul olunub.

Bunlarla yanaşı, daşınmaz əmlak sahəsində bir sıra qeyri-müəyyənliklər mövcuddur. Bir yandan ləğvi məsələsi gündəmdən düşməyən JEK-ləri (Mənzil-Kommunal İstismar Sahələri) kimin əvəz edəcəyi sual altındadır, digər yandan da yeni tikilən binaların qeyri-effektiv idarəetməsi problemi mövcuddur. Yeni yaşayış binalarının əksəriyyətinin sakinləri xidmətlər və onun keyfiyyəti ilə müqayisədə qiymətlərin çox baha olduğu qənaətindədir.

Bu gün "Sputnik Azərbaycan" Beynəlxalq Multimedia Mətbuat Mərkəzində ölkəmizin daşınmaz əmlakla bağlı problemləri müzakirə edilib. Tədbirə təşkilatçılıq edən ARB-24 telekanalında yayımlanan "Əmlak vaxtı" layihəsinin rəhbəri Elnur Fərzəliyev bildirib ki, bu gün mənzil idarəçiliyi müəyyən qurum və təşkilatlar tərəfindən aparılır: "Sovetlər dönəmindən qalan jeklər, bələdiyyələr MTK- larda olan komendant sistemi və MMMC-lər bu sahə ilə məşqul olurlar".

Ekspert əlavə edib ki, idarəçilik sistemini aparan bu qurumların gördükləri işlərdəki müəyyən nöqsanlar bu sahənin inkişafını ləngidir.

"Çox mənzilli köhnə yaşayış binalarının jeklər (MKİS) tərəfindən aparılması bir zamanlar cox effektiv olsa da bu gün onların demək olar ki, elə də ciddi bir funksiyası qalmayıb. Bu gün köhnə yaşayış binaları qəzalı vəziyyətdədir. Bərbad vəziyyətdə olan zirzəmilər, fasad və dam örtükləri, daxili blok hissələri baxımsızlıqdan qəzalı vəziyyətə düşüb"-deyə Fərzəliyev bildiirb.

Çoxmənzilli binaları hansı qurum idarə etməlidir?

O, qeyd edib ki, həmçinin MTK-ların idarəçilik sistemi olan komendat sistemi də artıq öz funksiayalaırnı yerinə yetirə bilmir: "Bu gün 2000- ci illərin əvvəlində tikilmiş binaların böyük əksəriyyətinin demək olarki fasadı, liftləri, həyətyanı sahəsi köhnəlib, baxımsız vəziyyətə düşüb.

Bu baxımdan yaxşı olar ki, yeni binalar, köhnə binalar və fərdi həyət evləri bir qurum tərəfindən idarə olunsun. Yəni kommunal pullar bir qurum tərəfindən yıgılarsa, təbii ki, cox böyük bir büdcə formalaşa bilər. Və bu büdcə ilə lazımi binalara vaxtaşırı lazımi sərmayələri yatırmaq olar".

İqtisadçı-ekspert Samir Əliyev çıxışı zamanı bildirib ki, binalara nəzarət məsəsləsi bələdiyyələr təəfindən icra edilməməlidir.

Çoxmənzilli binaları hansı qurum idarə etməlidir?

"Yerli məsələri icra hakimiyyətləri verir. Bələdiyyə səlahiyyətləri çox məhduddur. Bələdiyyə tamamlayıcı rolunu oynayır.

Mənzil idarəçiliyinə gəldikdə isə, Mənzil Məcəlləsi bələdiyyələrin üzərinə bir məsuliyyət qoyur. Əgər idarəetmədə mənzil mülkiyyətçiləri idarəetmə formaısnı seçməyiblərsə, artıq bələdiyyələr buna müdaxilə edir. Onları bir yerə toplayıb, təsisi yığıncağını keçirir. Əgər bir il müddətində bu qurum fəaliyyt göstərmirsə, artıq idarıetməni müsabiqəyə çıxarır. Bələdiyyənin bu məsəslərdə rolu var. Amma onun statusunu mənzil idarəçiliyi səviyyəsinə salmaq düzgün olmaz".

Əmlak eksperti Ramil Osmanlı bildirib ki, qanunvercilik imkan verir ki, mənzil mülkiyyətçiləri özləri idarəetmə formasını seçsin.

Çoxmənzilli binaları hansı qurum idarə etməlidir?

"Bu gün Azərbaycanda 100 dən artı Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətləri (MMMC) var. Bunların sayı çox olmalı idi. Binəqədidə bu istiqamətdə fəaliyyətə başlayanda İqtisadiyyat nazirliyinin proqnozu ondna ibarət idi ki, 2018-ci ilə qədər bu qurumlrın sayı 1000-ə yxın olacaq. Təəsüüf olsun ki, proqnoz özünü doğrultmadı. MMMC –lərin fəaliyyətini daha səmərli etmək və 2-və daha artıq MMMC lərin birləşməsi formasını yaratmaq lazımdır"-deyə o bildiirb.

Ekspertin sözlərinə görə, dövlətin bu sahəyə müaxiləsi yaxşı heç nə vəd etmir.

Daha sonra ekspertlər çoxmənzilli binaların idarəedilməsi ilə bağlı məsələləri müzakirə etdilər.