HADİSƏ

Çay evində baş vermiş mübahisə ilə bağlı rəsmi məlumat

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir
Sputnik

BAKI, 30 iyul — Sputnik. İyulun 27-də saat 02 radələrində Mingəçevir şəhərində "083" adlı çay evində şəhər sakinləri Kənan Quliyev və Razi Əliyevin şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Elmir Hüseynov, Vüqar İbrahimov və Soltan Səlimova bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Keçmiş baş nazirin kəndində dəhşətli qətl törədildi

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 126.2.1-ci (bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsin sağlamlığına qəsdən ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə zəruri ekspertizalar təyin edilib, şahidlər dindirilib, cinayətin törədilməsində istifadə olunan bir ədəd bıçaq maddi sübut kimi götürülüb və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Kənan Quliyev və Razi Əliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, onlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.