RUSİYA

Ukrayna gözlənilən addımı atdı

Gəmiyə axtarış zamanı müsadirə olunmuş sənədlərlə birlikdə həbs qoyulub
Sputnik

BAKI, 30 iyul — Sputnik. Ukrayna məhkəməsi Rusiyaya məxsus "Nika Spirit" tankerinə həbs qoyub. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Ukraynanın baş hərbi prokuroru Anatoli Matios deyib.

Məlumata əsasən, gəmiyə axtarış zamanı müsadirə olunmuş sənədlərlə birlikdə həbs qoyulub.

"Biz bunu etdik. Nöqtə!" – Matios "Facebook" səhifəsində yerləşdirdiyi paylaşımda deyib.

"Tanker müharibəsi": London ABŞ və NATO-dan gözlədiyini ala bilmədi

Qeyd edək ki, iyulun 25-də Ukrayna Təhlükəsizlik Xidməti Rusiyaya məxsus "Neyma" adlı tankeri Odessa əyalətində yerləşən İzmail limanında saxlayıb. Rəsmi Kiyev iddia edir ki, gəmi 2018-ci ilin noyabrında Kerç boğazında sərhədi pozmuş Ukrayna gəmilərinin dövrəyə alınmasında iştirak edib.

Ukrayna tərəfi Rusiya bayrağı altında üzən gəminin iyulun 24-də "Nika Spirit" adı ilə İzmail limanına daxil olduğunu bildirib.

"Saxlanılmış tankerdə Ukrayna məhkəməsinin icazəsinə müvafiq olaraq istintaq hərəkətləri, yəni hadisə faktlarının müəyyən edilməsi məqsədilə axtarışlar, gəmidən sənədlərin, radio rabitəsi ilə aparılmış danışıqlara dair qeydlərin və bort jurnallarının müsadirəsi başa çatıb", - Ukrayna Təhlükəsizlik Xidmətinin yaydığı press-relizdə deyilir.

Sonradan Rusiyanın Ukraynadakı səfirliyi gəminin ekipaj üzvlərinin azadlığa buraxıldığını bildirib.