RUSİYA

Rusiya yenə hədəfə alınıb - Trampa tələb qoyuldu

Konqresmenlər Rusiyaya qarşı sanksiyaların tətbiq edilməməsi ilə bağlı narahatlıq ifadə ediblər
Sputnik

BAKI, 30 iyul — Sputnik. ABŞ konqresmenləri Eliot Engel və Maykl MakKol ölkə Prezidenti Donald Trampdan Sergey Skripalın işi ilə əlaqədar olaraq Rusiya əleyhinə yeni iqtisadi sanksiyalar tətbiq etməsini istəyiblər.

Sputnik xəbər verir ki, onlar bu barədə Trampa məktub göndəriblər.

Məktubda konqresmenlər Rusiyaya qarşı sanksiyaların tətbiq edilməməsi ilə bağlı narahatlıq ifadə ediblər. Onlar həmçinin Rusiyanın Böyük Britaniyada yaşayan insanlara qarşı kimyəvi silah işlətdiyini iddia ediblər.

Rusiya Baş Qərargahı - ABŞ Suriyada diversiya qrupları yaradır

Konqresmenlər məktubda Rusiyanın "təcavüz"ünün cavabsız qalmasını "qəbuledilməz" adlandırıblar və bunun Konqresi "islahedici addımlar" atmağa vadar edəcəyinə dair xəbərdarlıq ediblər.

Böyük Britaniya və Rusiya arasında münasibətlər İngiltərədə yaşayan keçmiş agent Sergey Skripal və onun qızı Yuliyanın 2018-ci ilin martında zəhərlənməsindən sonra kəskin şəkildə pisləşib. London onların siniri iflic edən maddə ilə zəhərləndiyini və insidentdə Rusiyanın günahkar olduğunu iddia edib.

Moskva qəti şəkildə bu iddiaları rədd edib, onların əsassız olduğunu bildirib və insidentdə Rusiyanın əlinin olduğuna dair heç bir qəti dəlilin olmadığını vurğulayıb. Bundan başqa, London Moskvanın məsələ ilə bağlı birgə təhqiqat aparmaq təklifini rədd edib, eləcə də rusiyalı rəsmilərin Sergey Skripal və qızına baş çəkməsinə qadağa qoyub.