BAKI, 30 iyul — Sputnik. Ukraynanın Araşdırmalar üzrə Dövlət Bürosu (UADB) məhkəmə prosesi və hakimlərə təzyiqlə bağlı sabiq prezident Pyotr Poroşenkoya qarşı cinayət işi başladıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "strana.ua" nəşri UADB-dakı mənbələrinə istinadən xəbər verir.
"İyulun 15-i Araşdırmalar üzrə Dövlət Bürosu Pyotr Poroşenkoya qarşı ərizə ilə bağlı cinayət işi başladıb" - deyə məlumatda bildirilir.
Nəşr yazır ki, Poroşenkoya qarşı ərizə ilə Kiyev Apellyasiya məhkəməsinin sabiq rəhbəri Anton Şernuşenko müraciət edib. O, 2015-ci ildə ona qarşı cinayət işi qaldırılandan bəri Ukraynanı tərk edib.
Sabiq prezidentin dövlət mühafizəsindən imtina etməsi və ailəsi ilə birgə Ukraynanı tərk etməsinə dair məlumatlar da var.
Xatırladaq ki, daha əvvəl yayılan məlumatda bildirib ki, Ukraynanın Araşdırmalar üzrə Dövlət Bürosu ölkənin sabiq prezidenti Pyotr Poroşenko və digər yüksək rütbəli məmurlarla bağlı 11 cinayət işi açıb.