MƏDƏNİYYƏT

Ekspert Milli Yaylaq Festivalının turizmə təsirlərini açıqladı

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyir ki, gələcəkdə daha çox ölkələrin bu festivalda iştiraka səfərbər olunması turist sayının kəskin artmasına səbəb olacaq
Sputnik

Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə iyulun 26-28-də ilk dəfə olaraq Gədəbəy rayonunda Milli Yaylaq Festivalı keçirilib. Festival Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Atçılıq Federasiyası və Dünya Etnoidman Konfederasiyasının rəsmi dəstəyi ilə baş tutub.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov Sputnik Azərbaycan-a deyir ki, yaylaq və elat ənənələrinin yaşadılması və təbliği baxımından belə festivalın keçirilməsini müsbət hadisə kimi qiymətləndirir: “Milli Yaylaq Festivalı turizmin inkişafına xidmət edən tədbirlərdən birinə çevrildi. Gələcəkdə daha çox ölkələrin bu festivalda iştiraka səfərbər olunması turist sayının kəskin artmasına səbəb olacaq. Turizmin inkişafı həm də təkmilləşdirilmiş infrastrukturdan asılı olan məsələdir”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz