CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yevlaxda gecə vaxtı qətl törədildi

Polislər canini yerindəcə zərərsizləşdiriblər
Sputnik

BAKI, 29 iyul — Sputnik. İyulun 27-də gecə saat 01:30 radələrində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları – polis mayoru Qurban Qasımov və polis serjantı Fariz İbrahimzadə şəhərin Həzi Aslanov və Elbrus Məmmədov küçələrinin kəsişməsində bir qrup şəxsin mübahisə etdiyini görüb həmin yerə yaxınlaşıblar.

Sumqayıtda qətl törədən şəxs həbs edilib

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, polis əməkdaşları orada bıçaqlı şəxsin bir nəfərə ağır xəsarət yetirdiyini, digər 2 nəfərə isə xəsarət yetirmək istədiyi barədə Rayon Polis Şöbəsinə məlumat verib. Dərhal silahlı şəxsi zərərsizləşdirmək üçün lazımi tədbirlər görülüb. Bıçaqlı şəxsi xüsusi fənd tətbiq edərək tərki-silah ediblər.

Polis serjantı Fariz İbrahimzadə və köməyə gəlmiş polis əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən Namiq Vəliyevi saxlayaraq Polis Şöbəsinə gətiriblər. Polis əməkdaşlarının peşəkarlığı və çevik müdaxiləsi nəticəsində iki nəfərin həyatı təhlükədən xilas edilib.

Polis mayoru Qurban Qasımov dərhal ağır xəsarət almış yaralını avtomobillə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırsa da, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.