Türkiyədə hərbçilərə qarşı böyük əməliyyat - zabitlər həbs edildilər

Polisinin keçirdiyi əməliyyat nəticəsində 16 şübhəli şəxs tutulub
Sputnik

BAKI, 29 iyul — Sputnik. Ankara Cümhuriyyət Baş Prokurorluğu FETÖ terror təşkilatı ilə bağlılığı olan 41 yüksək rütbəli hərbçinin saxlanılması haqqında qərar qəbul edib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, həbs qərarı çıxarılan şəxslərin hamısı quru qoşunlarının zabitləridir.

Türkiyə polisinin keçirdiyi əməliyyat nəticəsində 16 şübhəli şəxs tutulub. Digərlərinin saxlanılması istiqamətində əməliyyatlar aparılır.