MƏDƏNİYYƏT

Azəri Güneldən etiraf: "Sizi çox sevirəm"

“Sizinlə eyni səhnəni paylaşmaq və həyəcanlanmamaq mümkün deyildi”
Sputnik

BAKI, 29 iyul — Sputnik. İstanbulda Türkiyənin tanınmış müğənnisi Sibel Canın konserti baş tutub.

Sputnik Azərbaycan xəbər verir ki, tanınmış sənətçilərin də iştirak etdiyi konsert "Harbiye Cemil Topuzlu" açıq havada yerləşən teatrda keçirilib. İştirakçılar arasında həmyerlimiz Günel Zeynalova (Azəri qızı Günel) də olub. O, səhnəyə qalxaraq Sibel Canla birlikdə onun ən tanınmış "Berivan" mahnısını ifa edib.

Günel Zeynalova həmin görüntüləri özündə əks etdirən videomaterialı şəxsi "Instagram" səhifəsində paylaşaraq "Canım Sibelanım. Bülbül səsli, gözəl qəlbli, muncuq gözlü, mənə görə Türkiyənin ən yaxşı sənətkarı Sibelcan. Sizi çox sevirəm. Sizinlə eyni səhnəni paylaşmaq və həyəcanlanmamaq mümkün deyildi" fikirlərini əlavə edib.

Qeyd edək ki, Azəri qızı Günel kimi tanınan 33 yaşlı Günel Zeynalova uzun illərdir Türkiyədə müğənni kimi fəaliyyət göstərir.