Sarımsaq festivalında qətliam - ölən və yaralılar var

Şəhər rəhbərliyi atəş açan şəxsin tək olmamasına dair versiyanı da araşdırır
Sputnik

BAKI, 29 iyul — Sputnik. Kaliforniyanın qərbində, Qilroy şəhərində keçirilən sarımsaq festivalında baş verən atışma zamanı ən azı üç nəfər ölüb. Sputnik Azərbaycan "ABC7"yə istinadən xəbər verir ki, bunu yerli polisin rəhbəri Skott Smiti bildirib.

İlkin məlumatlara görə, insident nəticəsində ən azı 60 nəfər xəsarət alıb. Onlardan 15-i yaralanıb, qalanları travma alıblar.

"Biz hesab edirik ki, atəş açan şəxs hasardan aşaraq festivala daxil olub", - deyə Smiti qeyd edib.

O, həmçinin bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs atışma zamanı öldürülüb.

Şəhər rəhbərliyi atəş açan şəxsin tək olmamasına dair versiyanı da araşdırır.