Rusiyanın üç regionunda fövqəladə rejim elan olunub

Vəziyyət gərginləşib, hər an hər şey baş verə bilər
Sputnik

BAKI, 29 iyul — Sputnik. Rusiyanın üç regionunda – Krasnoyarsk diyarı, İrkutsk vilayəti, qismən Buryatiya Respublikasında meşə yanğınları ilə bağlı fövqəladə rejim tətbiq olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "RİA Novosti"-yə Rusiya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

"Meşələrdə fövqəladə vəziyyət" rejimi Krasnoyarsk diyarını və İrkutsk vilayətinin bütün ərazisində, qismən Buryatiya Respublikasında tətbiq olunub. Daha çox "yanan" subyektlər olaraq – Saxa (Yakutiya), Krasnoyarsk diyarı, İrkutsk vilayəti olaraq qalmaqdadır", - deyə nazirliyin məlumatında bildirilib.

Yanğın sahələrinin genişlənməsi ilə bağlı FHN tüstülənmənin Sibirin və Uzaq Şərqin digər regionlarına yayıldığını da qeyd edir.