CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qurban Bayramı çadırlarının qurulacağı yerlər dəqiqləşdi

Agentlik Qurban bayramı ilə əlaqədar siyahını açıqladı
Sputnik

BAKI, 29 iyul — Sputnik. Qurban bayramı günlərində respublika üzrə 44 stasionar və 30 çadır tipli heyvan kəsimi məntəqəsi fəaliyyət göstərəcək.

Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Sputnik Azərbaycan-a bildirilib ki, vətəndaşlar bayram günlərində əvvəlcədən seçim edərək, qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün müəyyənləşdirilmiş yerlərə müraciət edə, təşkil olunan xidmətlərdən yararlana bilərlər.

Agentlik qurbanlıq heyvanların satışı və kəsimi ilə məşğul olan şəxslərə müraciət edərək, antisanitar şəraitin yaradılmaması üçün heyvan satışı və kəsimini baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar heyvan kəsimi məntəqələrində və Qurban bayramı ilə bağlı yerli icra orqanları ilə birgə təşkil olunmuş çadır tipli kəsim məkanlarında həyata keçirməyə səsləyir.

Qurbanlıq heyvanların satış və kəsim məntəqələrinin ünvanları ilə linkə keçid etməklə tanış ola bilərsiniz:

http://afsa.gov.az/uploads/info/warning/siyah___pdf1564402108.pdf?fbclid=IwAR3u82xKFWxhH91-GCZ9K3rq4XdalxqNEnGXMzKeSxOQ3DfSmuUQV-UZFNQ