Kralın qardaşı öldü

Onun oğlanları rəsmi vəzifə tutsa da, özü heç vaxt vəzifədə olmayıb
Sputnik

BAKI, 29 iyul — Sputnik. Səudiyyə kralı Salmanın böyük qardaşı Bəndər ben Abdul Aziz əl-Saud 95 yaşında vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının SPA agentliyi məlumat yayıb.

1923-cü ildə anadan olan Bəndər ben Abdul Aziz əl-Saud öz istəyi ilə Krallıqda heç bir rəsmi vəzifə tutmayıb. O, Ər-Riyadın qubernatoru şahzadə Feysal ben Bəndər ben Abdel Əziz və Krallığın milli qvardiya üzrə naziri Abdulla ben Bəndər ben Abdel Əzizin atasıdır.

Bəndər ben Abdul Aziz son illər xəstəlikdən əziyyət çəkirmiş.