FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

"Jara"nın sonuncu gününün ən gözəl qızları

Sputnik

Sputnik Azərbaycan "Jara"nın "Qırmızı xalı"sını işıqlandıran ən gözəl qızların göz qamaşdıran şəkillərini toplayıb.

Ən gözəl geyimlər, saç düzümləri, makiyaj - ulduzlar festivalın finalının başlanmasına saatlar qalmış "Qırmızı xalı"ya çıxmaq üçün uzun-uzadı hazırlaşıblar. Zarafat deyil, yüzlərlə foto və videokameralar, həmçinin minlərlə fanatın heyranlıq dolu baxışları onlara tuşlanıb.

"Jara" festivalının sonuncu günündə "Qırmızı xalı"ya Z nəslinin ifaçıları, həmçinin Azərbaycan və Rusiyadan olan ulduzlar çıxıblar. Final konsertindən əvvəl jurnalistlərin qarşısına çıxan zərif cinsin ən parlaq və gözəl nümayəndələrinin fotolarını sizə təqdim edirik.

"Jara-2019" iyulun 25-dən 28-dək "Sea Breeze" turizm kompleksində keçirilib.

"Jara" Beynəlxalq Musiqi Festivalı 2016-cı ildən başlayaraq Bakıda keçirilir. Layihənin təşkilatçıları məşhur müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Leps, "Russkoye radio"nun və "Zolotoy qrammofon" mükafatının əsasını qoyan Sergey Kojevnikovdur. Festivalda Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, Amerika və digər ölkələrdən populyar estrada ulduzları çıxış ediblər.

1 / 23
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva
2 / 23
Emin Ağalarov və Alena Qavrilova
3 / 23
Festivalın aparıcısı - Yana Koşkina
4 / 23
Cosmos Girl qrupunun üzvü
5 / 23
Sergey Kojevnikovun həyat yoldaşı - Yekaterina
6 / 23
Tanya Tuzova – "Barbie" obrazında
7 / 23
Klava Koka və Natan
8 / 23
Müğənni MOLLY
9 / 23
Serebro qrupunun üzvləri
10 / 23
Repper Ellai müşayiət edən xanımla
11 / 23
"Jara" beynəlxalq musiqi festivalının sonuncu gününün "Qırmızı xalı"sının gözəlləri
12 / 23
Müğənni Yuliya Kovalçuk
13 / 23
Televiziya aparıcısı Yuliya Baranovskaya
14 / 23
MOT və Mariya Melnikova
15 / 23
Reflex qrupunun keçmiş solisti İrina Nelson
16 / 23
Müğənni Elina Çaqa
17 / 23
Dizayner Stella Ndombi
18 / 23
Müğənni Lyusya Çebotina
19 / 23
Cosmopolitan jurnalının baş redaktoru Alyona Peneva
20 / 23
Müğənni Asammuell
21 / 23
"Jara" beynəlxalq musiqi festivalının sonuncu gününün "Qırmızı xalı"sının gözəlləri
22 / 23
Mügənni Soyana
23 / 23
Mügənni Samra