BAKI, 29 iyul — Sputnik. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Bakı şəhəri, Mətbuat və Həsən bəy Zərdabi küçələrində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, sürücülərdən sözügedən küçədə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.