CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezidentin qərarı yerinə yetirilir: Bəzi rayonlarda səyyar "kupça" veriləcək

"Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" kampaniyası 29 iyul 2 avqust tarixlərinədək Bakının üç rayonunda keçiriləcək
Sputnik

BAKI, 29 iyul — Sputnik. "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" kampaniyası intensiv formatda keçirilir: bu həftə xidmətlər paytaxtın 3 rayonunda göstəriləcək.

Bu barədə Sputnik Azərbaycan-a Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib. Məlumatda bildirilir ki, prezident İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" fərmanının icrasına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi istismara icazə verilmiş binalardakı mənzillərin çıxarışla təmin olunması prosesini intensiv formatda davam etdirir. Səyyar qeydiyyat xidmətləri 29 iyul-2 avqust tarixlərində paytaxtın 3 rayonu üzrə göstəriləcək. Belə ki, "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" kampaniyası 29-30 iyul Nizami, 31 iyul Səbail, 1-2 avqust tarixlərində isə Yasamal rayonunda keçiriləcək.

Daşınmaz əmlakla bağlı suallara aydınlıq gətirildi

Ünvanlarda göstərilən qeydiyyat xidmətləri vətəndaşların rahatlığını və vaxta qənaəti təmin edir, qeydiyyata alınan mənzillərin sayını və bu sahədə səmərəliliyi artırır. Fərmana uyğun olaraq görülən işlər nəticəsində vətəndaşların geniş formada mülkiyyət hüququndan istifadəsi təmin edilir. Nizami rayonu üzrə kampaniya 2543-cü məhəllə, Şirin Mirzəyev küçəsindəki 16 mərtəbəli, birgirişli, 108 mənzilli binada və E.Süleymanov küçəsi, 2383-cü məhəllə 6 mərtəbəli, altıgirişli, 73 mənzilli binalarda keçiriləcək. Səbail rayonunda qeydiyyat xidmətləri isə 4-cü Badamdar, 6012-ci məhəllədəki 14 mərtəbəli, dördgirişli, 286 mənzilli binada göstəriləcək. Yasamal rayonunda keçirilən kampaniyadan isə Yeni Yasamal 2 ünvanındakı 10 mərtəbəli, 8 girişli və 210 mənzilli binanın, o cümlədən Zahid Xəlilov küçəsi, 586-cı məhəllədəki 9 mərtəbəli, 4 girişli, 72 mənzilli binanın sakinlər yararlanacaqlar.

Qeyd edək ki, "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" kampaniyası çərçivəsində bu həftə 5 bina üzrə 744 mənzil üzrə sənədlərin qəbulu nəzərdə tutulub. Mənzillərini dövlət qeydiyyatına almaq istəyən vətəndaşlar şəxsiyyət vəsiqəsi, maliyyə arayışı, protokoldan çıxarış ilə birlikdə səyyar mobil ofislərə yaxınlaşa bilərlər.