SƏHİYYƏ

Beyni kiçildən peşə məlum oldu

Taksi sürücüləri bu xəbəri oxuyub qürrələnəcəklər
Sputnik

BAKI, 29 iyul — Sputnik. Rusiya, ABŞ və Belçika alimləri beyindəki fizioloji proseslərə neqativ təsir göstərən peşələri araşdırıblar.

Sputnik AzərbaycanRİA-Novosti-yə istinadən bildirir ki, müstəqil şəkildə aparılan araşdırmalar kosmonavtların beyinlərinin alın və ənsə hissəsindəki mərkəzi zoğun daraldığını, böyük yarımkürələrin qabığının qafa tasının yuxarı hissəsinə çəkildiyini və ənsə paylarında onurğa beyni mayesinin sirkulyasiyasının pozulduğunu ortaya çıxarıb. Üstəlik, dəyişikliklərlə BKS-də (Beynəlxalq Kosmik Stansiya) olma müddəti arasındakı aşkar əlaqə də ortaya çıxıb. 

İsrail alimləri beyin xərçənginə dərman tapıb

Bundan başqa, gicgah nahiyəsində boz maddənin müvəqqəti olaraq 3%-dək, həmçinin ağ maddənin bərpa olunmayacaq həddə qədər azalması müşahidə olunub.

Taksi sürücülərində isə əks effekt baş verir - bu sənətin sahibləri peşəyə yiyələnərkən beynin hippokamp şöbəsi (qısamüddətli yaddaşın uzunmüdətli yaddaşa keçməsini, emosiyaların yaranma mexanizmini təmin edən şöbə) azacıq böyüyür. Alimlər hesab edirlər ki, bu, çoxsaylı marşrutların və əlavə yolların yadda saxlanılması  zərurətindən doğur. Ancaq naviqatordan istifadəyə başlayanda əks proses işə düşür, çünki qadcet hippokampı əvəz edir, marşrut variantlarını beyin əvəzinə cihaz müəyyənləşdirir.