CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda sökülən "yaşlı" bina ilə bağlı açıqlama

"Bunlar lülə kababla turist tutmaq istəyirlər"
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 29 iyul — Sputnik. Bakıda 1890-cı ildə inşa edilmiş, Mirzəağa Əliyev küçəsi 150 ünvanında yerləşən tarixi bina sökülür. 

Sputnik Azərbaycan xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli sosial şəbəkə hesabından bildirib. O, qeyd edib ki, bu addım vətəndaşları razı salmadan, onlarla anlaşmadan atılır: "Turizmi inkişaf etdirməyi düşünən ölkə tarixi sökməz, bərpa edər, hekayə qurar, bunlar isə lülə kababla turist tutmaq istəyirlər, çünki dünyagörüşləri elə lülə kababdan o yana getmir”.

Bakıda sökülən "yaşlı" bina ilə bağlı açıqlama

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sözügedən ünvanda hazırda binanın olub-olmadığı araşdırılıb: "Bu ərazi Zərgərpalan küçəsi hissəsinə düşür. Biz siyahıda o binanın olub-olmadığını araşdırdıq. Həmin bina tarixi abidə kimi siyahımızda deyil".