BAKI, 29 iyul — Sputnik. Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeo bəyan edib ki, rəsmi Tehran onu qəbul etməkdən imtina edir. Sputnik Azərbaycan xəbər verir ki, bunu dövlət katibi öz rəsmi "Twitter" səhifəsində yazıb.
Dövlət katibi qeyd edib ki, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif müntəzəm olaraq ABŞ-a gəlir: "O, burada azad danışmaq hüququndan istifadə edir. Doğrudanmı Xameneyi rejiminin faktları o qədər pisdir ki, onlar mənə Tehranda eyni şeyi etməyə imkan vermirlər? Onun xalqı filtrsiz, tam olmayan həqiqəti eşitsə, nə olar?"