BAKI, 28 iyul — Sputnik. Gürcüstan DİN əməkdaşları Axalsix şəhərində (Samtsxe-Cavahetiya) Azərbaycan vətəndaşını həbs ediblər.
Bu barədə Sputnik Gürcüstan nazirliyə istinadən məlumat verir.
Bildirilir ki, 1989-cu il təvəllüdlü azərbaycanlı 2015-ci ildən İnterpol xəttilə axtarışa verilibmiş. Saxlanılan azərbaycanlı qəsdən adamöldürmədə ittiham edilir.
Hazırda onun Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür.