Huşunu itirənə qədər içmək – Səbəb nədir?

İnsanlar alkoqola qurşanmaqları ilə bağlı ən müxtəlif iddia irəli sürürlər
Sputnik

BAKI, 28 iyul — Sputnik. ABŞ və Avstraliya alimləri Twitter-dəki paylaşımları təhlil edərək, insanların niyə huşunu itirənə qədər içdiyinin səbəbini araşdırıblar.

Pivə alkoqollu içkilər siyahısından çıxarılır – Bu qərarı heç kim gözləmirdi

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, sosial şəbəkə istifadəçiləri buna səbəb kimi stressi, bayramları, iş nailiyyətləri və idman uğurlarını göstəriblər.

"Mən bu iyrənc ildə olanları unutmaq üçün huşumu itirənə qədər içmək istəyirəm" deyən istifadəçilərdən biri paylaşımında qeyd edib.

Tədqiqatçılar bildirilər ki, ya özünü unutmaq, ya da uğurlarını qeyd etmək istəyən bir çox insan nisbət hissini itirir və ertəsi gün axşamın necə bitdiyini xatırlaya bilmir. Həmçinin, alimlər az miqdarda alkoqolun sağlamlığa təhlükə yaratmadığı barədə fərziyyəni təkzib ediblər.