Vulkan püskürdü, alov iki yüz metr yüksəyə qalxdı

Vulkan püskürdükdən sonra külləri ətrafa səpələnib
Sputnik

BAKI, 27 iyul — Sputnik. İndoneziyanın qərbi Cava əyalətinin Bandunq şəhərində olan Tanqkuban Perahu vulkanı püskürüb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, vulkanın külləri 200 metr yüksəkliyə ucalıb.

Vulkan püskürməsi yerli vaxtla saat 15:30 radələrində baş verib. Vulkan püskürdükdən sonra külləri ətrafa səpələnib. Bəzi avtomobillərə zərər dəyib.

Hadisənin əks olunduğu video görüntünü təqdim edirik: