HADİSƏ

Türkiyədə azərbaycanlı iş adamını güllələyiblər – VİDEO

İstanbulda güllə yarası alan həmyerlimizdən xəbər var
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 27 iyul — Sputnik. Türkiyədə azərbaycanlı iş adamı Rasim Babayev güllələnib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, hadisə bir neçə gün öncə gecə saatlarında baş verib. Türkiyədə Azərbaycan Diaspor Təşkilatı-Gənc Azərbaycanlılar Dərnəyinin sədri Sənan Quliyev yaralının son durumu ilə bağlı Sputnik Azərbaycan-a məlumat verib.

Türkiyədə azərbaycanlı iş adamını güllələyiblər – VİDEO

O, hazırda xəstənin vəziyyətinin yaxşı olduğunu, lakin İstanbul şəhərindəki özəl xəstəxanaların birində müalicəsini davam etdirdiyini söyləyib: “Rasim ailəsi ilə birgə olarkən bu hadisə baş verib. Ümumilikdə ona 4 güllə atılıb və onlardan biri Rasimin dizinə dəyib”.

Hələlik hadisənin motivləri ilə bağlı heç bir məlumat yoxdur. Qeyd edək ki, olay iyulun 22-də baş versə də, həmin şəxsin axtarışı ilə bağlı ortada heç bir nəticə yoxdur. Hadisənin iş münasibətləri ilə əlaqədar törədildiyi ehtimal olunur.

Rasim Babayev Türkiyədə ali təhsil aldıqdan sonra turizm şirkəti quraraq iş həyatına başlayıb. O İstanbulda aktiv diaspora fəaliyyəti ilə məşğul olan Gənc Azərbaycanlılar Dərnəyinin qurucu üzvlərindəndir.