HADİSƏ

Saatlıda dəhşətli dram: Əvvəl qonşusunu, sonra özünü öldürdü

Hadisə yerindən qətlin həyata keçirildiyi "TOZ-63" markalı ov tüfəngi götürülüb
Sputnik

BAKI, 27 iyul — Sputnik. Saatlı rayonunun Bəylər kənd sakini Fürsət Məhərrəmov Mübariz Həsənovu qətlə yetirdikdən sonra intihar edib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, iyulun 27-nə keçən gecə Saatlı rayonunun Bəylər kənd sakini Mübariz Həsənovun həyətinə gələn həmkəndlisi Fürsət Məhərrəmov münaqişə zəminində tüfəngdən açdığı atəşlə onu, evinə qayıtdıqdan sonra isə özünü öldürüb.

Saatlı RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd müvafiq sənədləri olan "TOZ-63" markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.