BAKI, 27 iyul — Sputnik. "Salnaməfilm" studiyasında Azərbaycanın Milli Qəhrəmanları silsiləsindən sənədli filmlərin çəkilişləri davam edir. Sputnik Azərbaycan xəbər verir ki, "Mirpaşa" adlı növbəti film Azərbaycanın Milli Qəhrəmanı Hidayət Rüstəmov haqqındadır. Filmin çəkilişləri Ağdam, Bərdə və Bakıda aparılıb.
Sözügedən filmin rejissoru Emin Əfəndiyev, senari müəllifi Ramil Ələkbərov, operatoru Rüfət Süleymanov, icraçı prodüseri Kamil Məmmədov, prodüseri Nazim Hüseynovdur. Film tezliklə tamaşaçıların ixtiyarına veriləcək.
Qeyd edək ki, Emin Əfəndiyev bu flmə qədər "Abşeron abidəsi", "Yuva", "Hədiyyə" kimi ekran əsərlərinə quruluş verib.