HADİSƏ

Bakının məşhur ticarət mərkəzində yanğın

Yanğın tez bir zamanda mühafizə bölmələri tərəfindən söndürülüb
Sputnik

BAKI, 27 iyul — Sputnik. Bakının Nərimanov rayonu ərazisində yerləşən yeddimərtəbəli “Metropark” ticarət və əyləncə mərkəzində yanğın olub.

Sputnik Azərbaycan FHN-ə istinadən xəbər verir ki, nəticədə binanın 2-ci və 3-cü mərtəbələrində şaxta boyunca 10 p.m elektrik kabeli yanıb.

Bakının məşhur ticarət mərkəzində yanğın

Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.