HADİSƏ

Avtoservisdən külli miqdarda pul oğurlandı, oğru da usta çıxdı

Cinayətlə bağlı usta işləyən Siyəzən sakini saxlanılıb
Sputnik

BAKI, 27 iyul — Sputnik. Bakıda avtoservisdən 34 min manat oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə iyulun 19-da baş verib.

Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki avtoservislərin birindən 34000 manat pul oğurlamaqda şübhəli bilinən, orada usta işləyən Siyəzən rayon sakini C.Nurbabazadə saxlanılıb.