BAKI, 26 iyul — Sputnik. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində 5 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Sputnik Ermənistan "shamshyan.com" nəşrinə istinadən xəbər verir.
Məlumata əsasən, bu gün saat 16 radələrində Ermənistanın Sünik vilayətindən Qarabağa hərəkət edən "QAZ-31105" markalı avtomobil Şuşa yaxınlığında yoldan çıxaraq dərəyə yuvarlanıb.
Mənbə nəşrə bildirib ki, avtomobildə olan şəxslər hadisə yerində həlak olublar. Hazırda ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.