CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kirkorov Azərbaycanın Xalq artistinə "Avroviziya"da prodüserlik etməyə hazırdır

Populyar rus müğənni bizim xalq artistinin hələ də "Avroviziya"ya getmədiyinə təəccüblənir
Sputnik

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 26 iyul — Sputnik. Rusiyanın Xalq artisti Filipp Kirkorov Azərbaycanın Xalq artisti Aygün Kazımovanın "Avroviziya" beynəlxalq musiqi müsabiqəsində iştirakına prodüserlik etmək fikrindədir.

“Jara-2019”: Festivalın qonaqları “Qırmızı xalı”da

Bu barədə Bakıda keçirilən "Jara" festivalının ikinci günündə Rusiya estradasının kralı Sputnik Azərbaycan-ın müxbirilə söhbətində deyib.

"Aygün çox istedadlı müğənnidir. Əgər o razı olsa,  mən məmnuniyyətlə ona prodüserlik edərək "Avroviziya"ya tam hazırlayaram. O, həmin müsabiqəyə çoxdan getməli idi. Anlamıram, niyə indiyə qədər oraya getməyib. Ümid edirəm ki, Aygün razılıq verəcək", - Kirkorov deyib.

Xatırladaq ki, cümə axşamı Aygün Kazımova Filipp Kirkorovla duet oxuduğu "Calma" mahnısını dinləyicilərinə təqdim edib.

Bu layihənin musiqi prodüseri Rusiya estradasının primadonnası Alla Puqaçova ilə əməkdaşlıq edən müğənni, klipmeyker və stilist Alişerdir. Festivalda həmçinin "Calma" mahnısının klipinin çəkilişləri aparılacaq.

Aygün Kazımova bu kompozisiyanı 2006-cı ildə özünün 35 illik yubileyi münasibətilə verdiyi konsertdə Kirkorovla birlikdə ifa edib. Həmin vaxt Kirkorov Kazımovanı "Şərqin Divası" adlandırıb.