CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəzər gəmini uddu, "Tufan" həyat qurtardı

Cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata ke­çirən "Tufan" tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə göndərilib
Sputnik

BAKI, 26 iyul — Sputnik. Dövlət Sərhəd Xidməti (DSX) İran gəmisinin Xəzərdə batması ilə bağlı məlumat yayıb. 

DSX-nin Mətbuat Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu gün saat 14:15-də xidmətin Sahil Mü­ha­fi­zə­sinin Baş Komanda-Nəzarət Mərkəzinə İran bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin Lənkəran rey­din­də sa­hil­dən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata ke­çirən "Tufan" tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə göndərilib.

Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliy­yatına başlayıb, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib.