BAKI, 26 iyul — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Bakı Taksi Xidməti" MMC-nin direktoru Ələsgər Şirinov işdən çıxıb. Sputnik Azərbaycan-a nazirlikdən verilən məlumata görə, onu müvəqqəti olaraq şirkətin direktor müavini Fuad Əliyev əvəz edir. Xatırladaq ki, "Bakı Taksi Xidməti" "London Taxi TX4" markalı minik avtomobilləri ilə paytaxtda xidmət göstərir.