CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zəhərləndiklərini sanıb statistikanı "korladılar"

Tək iyun ayında 31 nəfər agentliyə müraciət edib
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 26 iyul — Sputnik. 2019-cu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 1003 "Çağrı Mərkəzi"nə ümumilikdə qida zəhərlənmələri ilə bağlı 191 müraciət daxil olub. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə AQTA-nın rəsmi "Facebook" səhifəsində məlumat paylaşılıb. Qeyd olunub ki, daxil olan bu müraciətlərdən yalnız 91-i təsdiqini tapıb.

Şirvandakı kütləvi zəhərlənmə ilə bağlı yeni məlumat

Bu ilin may ayı ərzində qida zəhərlənmələri ilə bağlı Agentliyə 29 müraciət daxil olsa da, onlardan yalnız 17-si öz təsdiqini tapmışdır. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.

İyun ayı ərzində AQTA-ya qida zəhərlənmələri ilə bağlı 33 müraciət daxil olsa da, onlardan yalnız 12-si təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.