ABŞ və Çinin yüksək vəzifəli nümayəndələri ticarət danışıqlarını davam etdirmək üçün gələn həftə görüş keçirə bilərlər. Bu barədə Ağ Evin Milli İqtisadiyyat Şurasının rəhbəri Lourens Kadlou məlumat verib.
İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyir ki, üzv ölkələr ÜTT-nin qaydalarına əməl etməyə borcludurlar:
“Ticarət qaydalarını pozanlar üçün cərimələr nəzərdə tutulub. Düşünürəm ki, ABŞ və Çin arasındakı bu ticarət problemləri prezident seçkilərindən sonra aradan qalxa bilər. Bu iki ölkə arasındakı ticarət müharibəsi dünyada ticarət dövriyyəsinin zəifləməsnə səbəb ola bilər. ABŞ daxili istehsalı qorumaq üçün bu cür addımlar atır. Bu proses dalğavari şəkildə davam etsə, ümumdünya ticarətinə ziyan vura bilər. Mən düşünmürəm ki, bu proseslər kəskinləşəcək”.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz