CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxt sakinlərini narahat edən əsas problemlərdən birinə əncam etdilər

Çimərliklərə giriş pulsuz olacaq, müvafiq qurumlar tərəfindən bura nəzarət ediləcək
Sputnik

BAKI, 26 iyul — Sputnik. Bakı şəhərində çimərlik mövsümündə vətəndaşlardan daxil olmuş müraciətlər, onların istək və arzuları nəzərə alınaraq aidiyyatı dövlət qurumlarının tapşırıqlarına əsasən paytaxtın bir sıra dənizkənarı ərazilərində ictimai çimərliklərin yaradılması işlərinə başlanıb.

Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər İcra Hakimiyyətindən xəbər verilib. İlkin mərhələdə bu çimərliklər Səbail rayonu "Şıx" ərazisində və Novxanı qəsəbəsində, sonradan isə Hövsan, Buzovna, Bilgəh, Nardaran, ümumilikdə 7 ərazidə yaradılacaq. Çimərliklərə giriş pulsuz olacaq, müvafiq qurumlar tərəfindən bura nəzarət ediləcək.