CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Möhtəşəm tədbirlərə görə bir nəfər təcili yardıma müraciət etdi

Baş ağrısı, bir nəfər isə arterial təzyiq diaqnozu ilə təcili yardıma müraciət edib
Sputnik

BAKI, 26 iyul — Sputnik. Ötən gün "Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən Təcili Tibbi Yardım briqadalarına ümumilikdə 4 müraciət olub. Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, müraciət edənlərdən biri 16 yaşlı Danimarkalı idmançı sağ budun travması diaqnozu ilə Heydər Əliyev adına İdman Sarayından Kliniki Tibbi Mərkəzə çatdırılıb. İdmançıya lazımi yardım göstərildikdən sonra xəstəxanadan buraxılıb. Müraciət edən digər 3 nəfər yarışlar keçirilən ərazidə xidmət aparan əməkdaşlar olublar. Onlardan ikisi baş ağrısı, bir nəfəri isə arterial təzyiqin artmasından şikayətlənib. Müraciət edən polis əməkdaşlarına həkimlər yerindəcə yardım göstəriblər.

Nazirliyin məlumatına əsasən, "Jara" festivalı keçirilən ərazidə növbə çəkən Təcili Tibbi Yardım briqadasına 26 yaşlı Azərbaycan vətəndaşı müraciət edib. Ona sol diz qapağının səthi travması diaqnozu qoyulub və həkimlər yerindəcə həmin şəxsə yardım ediblər.