MƏDƏNİYYƏT

Brilliant Dadaşovaya qarşı təxribat törədildi

"Tet a tet" 2 günə 200 minə yaxın baxış sayı əldə edib
Sputnik

BAKI, 25 iyul — Sputnik. Xalq artisti Brilliant Dadaşovaya qarşı təxribat törədilib. Bu haqda Sputnik Azərbaycan-a müğənninin mətbuat katibi Hüseyn Cavadzadə bildirib.

Belə ki, müğənninin bir neçə gün öncə təqdim etdiyi "Tet a tet" klipi YouTube kanalından silinib. Sözləri Həsən Babayev, musiqisi Fərid Kərimliyə aid mahnının klipi "Caspian Media Holding" istehsalıdır.

Müğənni Nadir və Elton səfir oldular

Xalq artistinin mətbuat katibi problemin aradan qaldırılması üçün işlər görüldüyünü də vurğulayıb: "Heç kimə sirr deyil ki, Brilliant Dadaşova Azərbaycan sənətçiləri arasında ən çox həsəd aparılan müğənnidir. 30 ildir eyni statusda və eyni tələbatla ölkənin ən bahalı müğənnisi olmaq asan iş deyil. Klip və mahnı izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb və 2 günə 200 minə yaxın baxış sayı əldə edib. Bu səbəbdən də müxtəlif təxribatlar törədilir. Bunun da qarşısını almaq üçün artıq xarici şirkətlərlə danışıqlar aparmışıq. Rəqəmsal platformalarda maraqlarımızın və kontentlərimizin qorunması üçün razılıq əldə etmişik. O ki qaldı bu cür təxribat edən şəxslərə, artıq onların kimliyinin müəyyənləşdirilməsi və cəzalandırılması istiqamətində araşdırma aparılır.

Qeyd edək ki, müğənni "Youtube" tərəfindən yeni klipinin silinməsinə rəğmən onu bir daha həmin şəbəkədəki kanalına yükləyib.