CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda xüsusi ekspres marşrut xətti açılır

Ekspres xətt üzrə avtobuslar saat 15:45-dən fəaliyyət göstərəcək, eyni zamanda tədbir bitdikdən sonra tamaşaçıların əks istiqamətə daşınması təmin ediləcək
Sputnik

BAKI, 25 iyul — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) Sosial Məsuliyyət Layihələri çərçivəsində ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin daha rahat və təhlükəsiz təşkili, eyni zamanda əhalinin, şəhərimizə gələn qonaqların tədbir keçiriləcəyi məkana gedərkən müxtəlif nəqliyyat vasitələrindən istifadə etməmələri üçün bir sıra tədbirlərə dəstəyini davam etdirir.

Bakıda bəzi marşrutlar dəyişdiriləcək, iş vaxtı uzanacaq

BNA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, bu çərçivədə iyulun 25-dən 28-dək keçiriləcək "Jara" Beynəlxalq Musiqi Festivalına bilet alan tamaşaçıların daşınması üçün ekspres marşrut xətti təşkil ediləcək. Marşrut xətti üzrə avtobuslar Səməd Vurğun bağı (Dilarə Əliyeva küçəsindən) - Nardaran qəsəbəsi, "Sea Breeze" istirahət mərkəzinə hərəkət edəcək. Daşımalara ümumilikdə 40 avtobusun cəlb edilməsi nəzərdə tutulub. Ekspres xətt üzrə avtobuslar saat 15:45-dən fəaliyyət göstərəcək, eyni zamanda tədbir bitdikdən sonra tamaşaçıların əks istiqamətə daşınması təmin ediləcək.