CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda iki polis rəisi dəyişdi

Daxili İşlər Nazirliyində yeni təyinatlar davam edir
Sputnik

BAKI, 25 iyul — Sputnik. Bakının iki polis bölməsinə yeni polis rəisləri təyin olunub.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinin (PŞ) rəisi, polis polkovnik-leytenantı Elşən Tağıyev vəzifəsindən azad olunaraq Binəqədi RPİ-nin yeni yaradılan 43-cü Polis Bölməsinin rəisi təyin edilib.

Yasamal RPİ-nin 29-cu PŞ-nin rəisi, polis polkovnik-leytenantı Rahid Nağıyev işdən azad edilərək yeni yaradılan Xəzər RPİ-nin Binə Polis Bölməsinin rəisi təyin olunub.