CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı bloggerdən cəsarət: Rusiyalı rep kralının sevgilisini Bakıya gətirib

Azərbaycanlı blogger reper Timatinin uşağının anasını Bakıya gətirib və ona Azərbaycan dilində danışmağı öyrədir
Sputnik

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 25 iyul — Sputnik. Azərbaycan əsilli rusiyalı populyar blogger Hüseyn Həsənov məşhur rus model, reper Timatinin vətəndaş nikahında yaşadığı keçmiş həyat yoldaşı Alyona Şişkova ilə Bakıya gəlib.

Sputnik Azərbaycan-ın məlumatına görə, blogger Bakıda çəkdirdiyi fotoları və çarxı "Instagram" sosial şəbəkəsindəki səhifəsində paylaşıb.

Həsənov Alyonanı şəhərə gəzintiyə çıxarıb və onu Azərbaycan yeməklərinə qonaq edib. Bütün bunlarla yanaşı, blogger rus modelə Azərbaycan dilində "Mən sizi sevirəm" deyə sevgi etirafı etməyi öyrədib.

Həsənov və Şişkova Bakıya "Jara" beynəlxalq musiqi festivalının fəxri qonaqları kimi gəliblər.

Alyona Şişkova uğurlu model, "Rusiya gözəli-2012"nin ikinci vitse-missidir. O, daha çox Rusiyanın hip-hop kralı Timati ilə yaşadığı eşq romanı fonunda məşhurlaşıb və 2014-cü ildə reperdən Alisa adlı qızını dünyaya gətirib.

Hüseyn Hüseynov Sankt-Peterburqda doğulub-böyüyüb. Onun 24 yaşı var. O, özünün çarxlarında əsasən aktual mövzulara toxunur və ora yumor əlavə edir. Hüseynovun qısa videoçarxlarının əsas qəhrəmanları rolunda rusiyalı və xarici modellər çıxış edir.

O, həmçinin rusiyalı müğənnilərin kliplərinə çəkilir, film və seriallara çəkilməkdən də imtina etmir. Həsənov bloggerlik və aktyorluq fəaliyyəti ilə yanaşı, geyim dizaynerliyi ilə də məşğul olur, hətta öz geyim kolleksiyasını da yaradıb.