CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlandı

Qazılar Şurası yaxın günlərdə bayramda qurban kəsimi qaydaları ilə bağlı tövsiyələrini də açıqlayacaq
Sputnik

BAKI, 25 iyul — Sputnik. Azərbaycanda Qurban bayramı avqustun 12-də (zilhiccə ayının 10-u) qeyd olunacaq.

Agentlik Qurban bayramında əhalini sevindirəcək
  Sputnik Azərbaycan bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) tərtib etdiyi təqvimə istinadən xəbər verir. QMİ-dən bildirilib ki, bayram namazı avqustun 12-də saat 09:00-da qılınacaq. Təzə Pir məscidində qılınacaq namaza QMİ-sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə də qatılacaq.

QMİ-dən verilən məlumata görə, İdarənin Qazılar Şurası yaxın günlərdə bayramda qurban kəsimi qaydaları ilə bağlı tövsiyələrini açıqlayacaq. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, bu il Qurban bayramı ilə əlaqədar olaraq avqustun 12-i və 13-ü Azərbaycanda qeyri-iş günüdür.