CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ailəsi onu axtrarır

Lalə Bəşirovanın əlamətləri belədir: Boyu 160 sm, uzunsov sifətli, şabalıdı qısa saçlı, gözlərinin rəngi şabalıdı, arıq bədən quruluşludur
Sputnik

BAKI, 25 iyul — Sputnik. Qusar rayonunun Lanqu qəsəbə sakini, 51 yaşlı Lalə Bəşirova 2018-ci ilin avqust ayının 12-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, Lalə Bəşirovanın əlamətləri belədir: boyu 160 sm, uzunsov sifətli, şabalıdı qısa saçlı, gözlərinin rəngi şabalıdı, arıq bədən quruluşludur.

Ailəsi onu axtrarır

L.Bəşirova ruhi xəstəlikdən əziyyət çəkir.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22 şəhər və 055-335-33-35 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.