MƏDƏNİYYƏT

"Jara"da "Kamasutra" olacaq

Rusiyalı müğənni Bakıda keçiriləcək beynəlxalq festivalda "Kamasutra"dan mahnı oxuyacaq
Sputnik

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 25 iyul — Sputnik. Məşhur rusiyalı pop-müğənni, "Qolos" vokal şousunun iştirakçısı, Leonid Aqutinin prodüser mərkəzinin artisti Elina Çaqa 25-28 iyul tarixlərində Bakıda keçiriləcək "Jara-2019" beynəlxalq musiqi festivalında çıxış edəcək. Gənc ulduz Azərbaycan paytaxtına səfəri ərəfəsində Sputnik Azərbaycan-a müsahibə verib.

- Elina, siz dəfələrlə Bakıda olmusuz. Burada ən çox xoşunuza nə gəlir?

- Bakını və istisnasız olaraq hər kəsə öz qonaqpərvərliyini göstərən yerli sakinləri çox sevirəm. Köhnə Bakı isə fantastikadır! Möhtəşəm arxitekturası ilə sirrli və qeyri-adi atmosferə malikdir. Mən ora yalnız üçüncü səfərimdə gedə bilmişəm və daha əvvəl gəlmədiyimə görə xeyli təəssüflənmişəm.

- Bir çox artistlər "Jara"dan danışarkən onun inanılmaz atmosferini və bayram əhval-ruhiyyəsini xatırlayırlar. Bəs sizin üçün bu festival nə anlama gəlir?

"Jara"da "Kamasutra" olacaq

- Şadam ki, artıq ilk dəfə deyil bu festivalda iştirak edirəm. Hər il festivala hazırlıqlar başlayanda, mən Bakıya uçacağım günləri sayıram. Mən "Jara"ya getmək üçün çemodanını ilk yığan və Moskvaya qayıtmağı yubadan adamlardanam (gülür-red.).

"Jara"nın necə sürətlə inkişaf etdiyini müşahidə etmək xoşdur. Təşkilatçılar bu festivala təkcə məşhur müğənniləri dəvət etmir, həm də yaxşı uşaqlar üçün də yeni auditoriya açır və göstərir ki, onların musiqisi də vacibdir.

- "Jara"da hansı kompozisiyaları ifa edəcəksiz? Debüt albomunuz "Kamasutra"dakı yeni treklərinizdən birini?

- Bəli, "Kamasutra" albomumdan "Sterva Lyubov"u oxuyacağam. Onun klipi iyunun ortalarında çıxıb. Şadam ki, o, auditoriyanın xoşuna gəlib. Hər gün istedadlı uşaqlar mənə "Sterva Lyubov"a görə birbaşa sevgilərini və bəyəndiklərini ifadə edən işarələr göndərirlər. Ümid edirəm ki, "Jara" festivalının qonaqları bu mahnını mənimlə birlikdə oxuyacaqlar və ifamdan müsbət enerji alacaqlar.

- Mümkünsə, yeni albomunuzdan da danışardız. Bu, sizin daha əvvəlki yaradıcılığınızdan fərqlənirmi?

- Bəli, kifayət qədər çox fərqlənir. Mən musiqi istiqamətimi dəyişərək daha müasir və popyönümlü səsləndirməyə keçmişəm. Hazırda mənim repertuarımda süjet xətti təşkil edən mahnılar daha çoxdur. Yeri gəlmişkən, "Sterva Lyubov" da onlardan biridir.

"Kamasutra"da rəqs etmək üçün çoxlu kompozisiyalar var. Xüsusilə də yay əyləncə gecələri üçün idealdır. Mətn və musiqi bir-birini elə tamamalayır ki, uzun müddət bu musiqini başdan çıxarmaq mümkün olmur.

"Jara"da "Kamasutra" olacaq

- Siz belə təxribatçı adın ictimai tənqidə səbəb olacağından qorxmursuz?

- Yox, qorxmuram. Başa düşürəm ki, əgər albomumun yeni başlanğıc nöqtəsi olmasını istəyirəmsə, o zaman hər şey bir-birini tamamlamalıdır, istər geyim tərzi olsun, istərsə də kompozisiyanın mövzusu. "Kamasutra" adı bir qədər intriqa doğurur, diqqəti özünə cəlb edir, lakin onda mənim imicimə mənfi təsir edəcək heç nə yoxdur.

- Bəs növbəti albomunuzun ideyası artıq var? Yoxsa siz hər bir trekin üzərində ayrıca işləməyə üstünlük verən ifaçılardansız?

- Yeni layihələrlə bağlı ideyalarım çoxdur. Baxmayaraq ki, artıq yeni mahnıları yazdırmağa başlamışam, amma onları albomlaşdırmağa tələsmirəm. Debüt albomum cəmi bir ay əvvəl çıxıb və mən hələ onun materialı ilə işləmək istəyirəm. "Kamasutra"da çıxan treklərlə çıxışa dair bütün təkliflərə hələ indiyədək cavab verməmişəm. Odur ki, indi mənim yeni albom çıxarmağımdan söhbət gedə bilməz.

- Siz çoxlarının dediyi kimi, şou-biznes aləminin qəddarlığını hiss edirsizmi?

- Bütün peşələrdə günəşin altında yer tutmaq uğrunda mübarizə var və bu, normaldır. Ən əsası, heç nədən qorxmadan doğru bildiyini etməkdir, hətta sənin hərəkətlərin ətrafdakılara qəribə gəlsə belə.

"Jara"da "Kamasutra" olacaq

Çalışıram, şou-biznesdəki intriqalardan kənarda qalım. Mən diqqətimi dünyəvi həyatından çox musiqi üzərində cəmləşdirirəm. Əla saund yaratmağı, emosiya və enerjimi auditoriya ilə bölüşməyi üstün tuturam. Həmkarlarımın uğurlarına səmimi qəlbdən sevinirəm, çünki onların öz işlərinə nə qədər vaxt və qüvvə sərf elədiyini bilirəm.

- Yeni başlayan artistlərə nə məsləhət görərdiz?

- Heç kimə qulaq asmayın və heç kəsi təqlid etməyin. Əks təqdirdə, unikal bir məhsulu necə istehsal etmək olar? Görəcəksiz: insanları öz arxanızca aparmaq, başqalarının ardınca getməkdən yaxşıdır.

Səbrli olmağı öyrənməyi məsləhət bilirəm. Çünki gənc ifaçıların tez-tez səbri çatmır. Və asan yol axtarmasınlar. Heç də bütün artistlərə ilk cəhddə top siyahılara düşmək nəsib olmur, amma bu, təslim olmaq üçün səbəb deyil. Təcrübi tövsiyələrə gəlincə, auditoriyanın sizin haqqınızda daha çox şey bilməsi üçün onlarla əlaqə yaradın və sosial şəbəkələrdə irəli getmək üçün büdcə ayırın.