MƏDƏNİYYƏT

Emin ilk dəfə “Jara”da həyat yoldaşı ilə göründü

Rusiyalı model Alyona Qavrilova musiqi festivalının bütün iştirakçılarına, o cümlədən həyat yoldaşına uğurlar arzulayıb
Sputnik

BAKI, 25 iyul – Sputnik. Azərbaycanın Xalq artisti Emin Ağalarov “Jara” beynəlxalq musiqi festivalının qırmızı xalısı üzərinə həyat yoldaşı Alyona Qavrilova ilə çıxıb.

Sputnik Azərbaycan xəbər verir ki, Alyona Qavrilova musiqi festivalının bütün iştirakçılarına, o cümlədən həyat yoldaşına uğurlar arzulayıb.

Emin ilk dəfə “Jara”da həyat yoldaşı ilə göründü

Emin Ağalarov World Music Awards, "Azərbaycandan olan ən yaxşı ifaçı", "Qızıl qrammafon", "MUZ-TV Mükafatı" və bir çox digər beynəlxalq mükafatların laureatıdır. Müxtəlif ölkələrdə konsertlərlə çıxış edir. Müğənninin musiqi daxılında doqquz ingilisdilli albom, Warner Music və Sony ATV Music Publishing kimi aparıcı şirkətlərlə müqavilə var.

Alyona Qavrilova rusiyalı model və Mordoviyadan olan gözəllik kraliçasıdır. O, Rüstəm Tariko və Eminlə sevgi münasibətləri il məşhurlaşıb.

Alyona Qavrilova 1987-ci ildə Mordoviyanın paytaxtı Saranskda doğulub. 17 yaşı olanda "Miss Mordoviya-2004" müsabiqəsində iştirak edib və birinci yeri tutub. Bu qələbədən sonra Qavrilova model biznesində çalışmağa başlayıb. Hazırda həm də iş adamı kimi fəaliyyət göstərir, gözəllik salonun sahibəsidir.

"Jara" Beynəlxalq Musiqi Festivalı 2016-cı ildən başlayaraq Bakıda keçirilir. Layihənin təşkilatçıları məşhur müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Leps, "Russkiy radio"nun və "Zolotoy qrammofon" mükafatının əsasını qoyan Sergey Kojevnikovdur. Festivalda Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, Amerika və digər ölkələrdən populyar estrada ulduzları çıxış edirlər.