QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağda əsgər öldü

Erməni əsgər güllə yarasından ölüb
Sputnik

BAKI, 24 iyul — Sputnik. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində aldığı güllə yarasından erməni əsgər həlak olub. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən hadisə iyulun 23-dən 24-ə keçən gecə baş verib. Belə ki, 2000-ci il təvəllüdlü Valodya Hamletoviç Haloyan hələlik müəyyən edilməmiş şəraitdə aldığı güllə yarasından həlak olub.

Araşdırma aparılır.