BAKI, 24 iyul — Sputnik. Rusiyanın Ermənistanda sərhəd qoşunlarının müqavilə əsasında xidmət aparan hərbçisi Yerevanda asılmış şəkildə tapılıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsini yaydığı məlumatda bildirilir.
Nəşr mənbələrinə istinadən xəbər verir ki, 30 yaşlı şəxsin cəsədini onu ailə üzvləri Yerevanda, Razdan dərəsində öz bağ evlərində aşkarlayıblar.
Evdə intihar edən şəxsin həyat yoldaşı, onların uşağı və həyat yoldaşının qardaşı olub.
Hadisə ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin edilib.
İntihar etdiyi ehtimal edilən şəxsin həm borcu, həm də ailə üzvləri ilə münasibətlərində müəyyən problemlər olub. İntihar hadisəsi hərbçinin hərbi xidmətdə olmadığı vaxt baş verib.